İtaliya klubları Lukaku ilə maraqlanır
05.06.2024 - 16:34

“Çelsi”nin hücumçusu Romelu Lukaku yeni mövsümdə də İtaliyada çıxış edə bilər.
Apasport.az xəbər verir ki, 2023/24 mövsümünü “Roma”da icarədə keçirən forvard “Napoli” və “Milan”ın maraq dairəsindədir.
Klublar belçikalı hücumçunu icarəyə götürmək istəyir.
31 yaşlı forvard son mövsümdə “Roma”da 47 oyunda 21 qol vurub, 4 məhsuldar ötürmə edib.
0
0