Joze Mourinyodan bənzərsiz etiraz - VİDEO
30.09.2024 - 09:57
Joze Mourinyodan bənzərsiz etiraz  - VİDEO

Dünya mətbuatı Super Liqa təmsilçilərindən "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyodan danışır. 

Apasport.az xəbər verir ki, buna "Antalyaspor"-"Fənərbaxça" matçında portuqaliyalı mütəxəssisin etirazı səbəb olub. 

Matçın 76-cı dəqiqəsində qapıçı ilə qarşı-qarşıya qalan Edin Ceko topu tora göndərərək, "Fənərbaxça"nı 2:0 önə keçirib. Lakin oyundankənar vəziyyət səbəbindən qol ləğv edilib.

Mourinyonun VAR etirazı matça damğasını vurub. Portuqaliyalı məşqçi Cekonun oyundankənar vəziyyətinə özünəməxsus tərzdə etiraz edib. 

Mourinyo ekranında epizodun təkrarı olan kompüterini yayımçının kamerası qarşısına qoyub və bu hərəkətinə görə sarı vərəqə ilə cəzalandırılıb. 

Təcrübəli mütəxəssis matçdan sonra məsələ ilə bağlı belə açıqlama verib: "Ofsayd yox idi, ona görə də epizodu kamera qarşısına qoydum. Rəqibin sol cinahı ofsaydı pozurdu. Bu, təmiz qol idi".

Qeyd edək ki, qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Sözügedən epizodu təqdim edirik: 

0