“Real” düşərgəsində sevindirici xəbər
28.09.2024 - 18:27
“Real” düşərgəsində sevindirici xəbər

"Real"ın futbolçusu Eduardo Kamavinqanın durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, o, La Liqanın VIII turunun "Atletiko" ilə görüşündə iştirak edə biləcək.

Bunu komandanın baş məşqçisi Karlo Ançelotti açıqlayıb. Çalışdırıcı Kamavinqanın matça hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, Madrid derbisi sentyabrın 29-da baş tutacaq.

0