Kevin Trapp "Paris"də
20.08.2025 - 12:41
Kevin Trapp "Paris"də

Kevin Trappın yeni klubu bəlli olub.

Apasport.az xəbər verir ki, o, karyerasını "Paris"də davam etdirəcək.

Qolkiper Liqa 1-ə yeni yüksələn klubla 3 illik müqavilə imzalayıb.

Onun keçidi üçün "Ayntraxt"a 1 milyon avro ödənilib.

Qeyd edək ki, o, karyerası ərzində "Ayntraxt" və PSJ klublarında çıxış edib. Trapp həmçinin Almaniya millisində 9 görüş keçirib.