“Mançester Siti” keçmiş oyunçusunu geri qaytarmaq istəyir
14.10.2024 - 14:35
“Mançester Siti” keçmiş oyunçusunu geri qaytarmaq istəyir

İngiltərə Premyer Liqa komandalarından “Maçester Siti” “Çelsi”dən Kol Palmeri transfer etmək niyyətindədir.

Apasport.az xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola oyunçunu itirdiyi üçün çox peşmandır. Bu barədə “Football Transfers” portalı məlumat yayıb.

Transferi gələn il gerçəkləşdirmək istəyən komanda “zadəganlar”a 150 milyon avro təklif edəcəklər. 

Qeyd edək ki, Palmer “Çelsi”də çıxdığı 54 matçda 31 qol, 20 məhsuldar ötürmə ilə yadda qalıb. İngilis futbolçu 2023/2024 mövsümündə “İlin ən yaxşı oyunçusu” adına layiq görülüb.

0