Zidan "Mançester Yunayted"lə bağlı qərarını verdi
14.10.2024 - 17:30
Zidan "Mançester Yunayted"lə bağlı qərarını verdi

"Mançester Yunayted"də gözlənilən ayrılıq reallaşmağa yaxındır.

Apasport.az xəbər verir ki, klub rəhbərliyinin artıq baş məşqçi Erik ten Haqa inamı qalmayıb və onu tez bir zamanda komandadan göndərmək istəyir.

Səbəb isə "qırmızı şeytanlar"ın uğursuz çıxışıdır. Komanda İngiltərə çempionatında 7 turdan sonra 2 qələbə ilə 14-cü pillədə qərarlaşıb. Avropa Liqasında qalibiyyət üzünə həsrət qalan mançesterlilər çarəni Zinəddin Zidanda görürlər.

Mütəxəssis nəhayət ki, bu təklifə müsbət cavab verib. O, Fransa millisinin baş məşqçi dəyişikliyinə getməyəcəyini öyrəndikdən sonra seçimini "Mançester Yunayted"dən yana edib.

Qeyd edək ki, Zinəddin Zidan son olaraq "Real"da çalışıb. O, “kral klubu” ilə 3 dəfə Çempionlar Liqasının qalibi olub.

0