Nuri Şahin Türkiyə klubu yolunda
13.09.2025 - 00:24

"Başakşehir"in yeni baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, bu posta Nuri Şahin təyin olunacaq.
Mütəxəssis yaxın müddətdə komandanın baş məşqçisi olacaq.
Qeyd edək ki, onun son işyeri Dortmund "Borussiya"sı olub.
0
0