Murad Musayev ayın ən yaxşısı seçilib
10.10.2024 - 13:53
Murad Musayev ayın ən yaxşısı seçilib

Azərbaycanın "Sabah" klubunun sabiq baş məşqçisi, hazırda "Krasnodar" komandasına rəhbərlik edən Murad Musayev Rusiya Premyer Liqasında sentyabr ayının ən yaxşısı seçilib.

Apasport.az xəbər verir ki, 10 ekspertdən 9-u səsvermə zamanı M.Musayevə üstünlük verib.

"Krasnodar" sentyabrda meydana çıxdığı 4 oyunda 12 xal toplayıb.

Qeyd edək ki, 40 yaşlı rusiyalı mütəxəssis 2021-2024-cü illərdə "Sabah"ı çalışdırıb.

0