
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçirəcəyi cavab oyununun hakim təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Oktyabrın 29-da Vizelada baş tutacaq görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcək:
29 oktyabr
23:45. Portuqaliya - Azərbaycan
Baş hakim: Shona Shukrula
Baş hakimin köməkçiləri: Martina Boer, Ashley de Haan
Dördüncü hakim: Julia Van Es
VAR hakimləri: Jochem Kamphuis, Edwin Van De Graaf
Hakim-inspektor: Marta Frías Acedo (İspaniya)
UEFA nümayəndəsi: Sabine Bonnin (Fransa)
Vizela stadionu.