“Qalatasaray” ulduz futbolçusu ilə müqaviləni yenilədi
03.07.2024 - 19:22

"Qalatasaray" hücumçusu Dris Mertenslə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə "cim-bom" KAP-a açıqlama verib:
"Peşəkar futbolçumuz Dris Mertensin müqaviləsi 2024-2025-ci il mövsümünə qədər uzadılıb. Buna uyğun olaraq futbolçuya 2 milyon 900 min avro xalis mövsümi əmək haqqı ödəniləcək".
0
0