"Real" Modriçlə müqavilə yeniləyib
17.07.2024 - 16:55

“Real Madrid” ulduz futbolçusu ilə müqavilə yeniləyib.
Apasport.az xəbər verir ki, Luka Modriç növbəti mövsüm də “kral klubu”nun formasını geyinəcək.
38 yaşlı xorvat yarımmüdafiəçi 2012-ci ildən bəri İspaniya nəhənginin heyətindədir.
Qeyd edək ki, o, bu illər ərzində “Real”la 4 dəfə La Liqanın, 5 dəfə Çempionlar Liqasının qalibi olub.
0
0