"Real"ın üzvü Messi ilə komanda yoldaşı ola bilər
03.05.2024 - 21:40
"Real"ın üzvü Messi ilə komanda yoldaşı ola bilər

"Real"ın müdafiəçisi Naço Fernandez yayda klubu tərk edə bilər.

Apasport.az xəbər verir ki, futbolçu "Los Blankos"la cari mövsümün sonuna qədər qüvvədə olan müqaviləni yeniləməmək qərarına gəlib. "Barselona"nın sabiq hücumçusu Lionel Messinin çıxış etdiyi "İnter Mayami" Naçoya iddialılar sırasındadır.

Səudiyyə Ərəbistanı klubları da futbolçu ilə əməkdaşlıq etmək istəyir, lakin ispaniyalı oyunçu, bu variantı nəzərdən keçirməyəcək.

0