Ronaldo "913"ü arxada qoydu
26.11.2024 - 00:23

Kriştiano Ronaldo "Əl-Nəsr"in heyətində növbəti dəfə fərqlənib.
Apasport.az xəbər verir ki, o, Asiya Çempionlar Liqasında dubl müəllifi olub.
Superulduz "Əl-Qarafa" ilə oyunun 46-cı və 64-cü dəqiqələrində fərqlənməyi bacarıb.
Həmin qollar onun karyerasında 912 və 913-cü topları olub.
Qeyd edək ki, "Əl-Nəsr" 5 turdan sonra 13 xalla 2-ci pillədə qərarlaşıb.
0
0