
"Əl-Nəsr"in portuqaliyalı ulduzu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanında azarkeşlər tərəfindən 2024/25 mövsümünün ən yaxşı futbolçusu seçilib.
Apasport.az xəbər verir ki, bu barədə müvafiq qurumun mətbuat xidməti məlumat yayıb.
40 yaşlı forvard mövsüm ərzində 15 dəfə azarkeşlərin səsverməsi ilə "oyunun ən yaxşısı" mükafatına layiq görülüb.
Bundan əlavə, azarkeşlər Ronaldonun “Əl-Riyad”la oyunda cərimə meydançası xəttindən topa havada birbaşa zərbə endirərək vurduğu qolu mövsümün ən yaxşı qolu seçiblər.
Qeyd edək ki, Portuqaliya millisinin kapitanı 2023-cü ildən "Əl-Nəsr"in heyətində çıxış edir.