Sabiq “Qalatasaray”lı vəfat edib
07.08.2025 - 10:32
Sabiq “Qalatasaray”lı vəfat edib

"Qalatasaray"ın sabiq futbolçusu Ümit Aktan vəfat edib

Apasport.az xəbər verir ki, bu barədə məlumatı İstanbul təmsilçisinin mətbuat xidməti yayıb.

Klubun açıqlamasında bildirilib ki, 14152 nömrəli üzv olan Ümit Aktan həm futbolçu, həm də tanınmış idman jurnalisti kimi böyük hörmət qazanıb. Gənc yaşlarında "Qalatasaray" akademiyasında futbol karyerasına başlasa da, ağır zədə səbəbindən karyerasını erkən başa vurub.

Buna baxmayaraq, futbola olan sevgisi onu idmandan uzaqlaşdırmayıb. 1972-ci ildə TRT-də başladığı şərhçilik karyerası ilə uzun illər Türk idman mediasının tanınmış simalarından biri olub. Səsi və özünəməxsus üslubu ilə ekranlara damğa vuran Aktan, bilikləri və zərif yanaşması ilə də yadda qalıb.

"Qalatasaray" klubu Ümit Aktanın vəfatı münasibətilə onun ailəsinə və idman ictimaiyyətinə dərin hüznlə başsağlığı verib.