Serbiya – İngiltərə matçının ən yaxşısı seçildi
17.06.2024 - 10:18
Serbiya – İngiltərə matçının ən yaxşısı seçildi

İngiltərənin milli futbol komandasının hücumameyilli yarımmüdafiəçisi Cud Bellingem AVRO-2024-ün qrup mərhələsində Serbiya ilə oyunun ən yaxşı oyunçusu seçilib.

Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, bu görüşdə yeganə qolu elə 10 nömrəli Bellingem vurmuşdu.

İyunun 20-də C qrupunun növbəti oyununda İngiltərə Danimarka, Serbiya isə Sloveniya ilə qarşılaşacaq.

Qeyd edək ki, Bellingem 2023/24 mövsümünün startından bəri bütün turnirlərdə 15 dəfə bu mükafatı qazanıb. 

 

0