Türkiyə millisinin üzvü Bundesliqa nəhənginə keçə bilər
01.11.2024 - 13:55
Türkiyə millisinin üzvü Bundesliqa nəhənginə keçə bilər

"Roma" və Türkiyə millisinin üzvü Zeki Mert Çelik Almaniya klubuna keçə bilər.

Apasport.az “Sky Sport İtalia”ya istinadən xəbər verir ki, türkiyəli futbolçunun xidmətində “Bavariya” maraqlıdır.

Münhen təmsilçisi 1 ildir ki, 27 yaşlı futbolçunu izləyir və məhz bu qış onu heyətinə qatmağı planlaşdırır.

Mert Çelikin özü isə “Roma”da qalmaq niyyətindədir. Amma “Bavariya” “canavarlar”ı razı salacaq məbləği təklif edərsə, italiyalılar sağ cinah müdafiəçisinin gedişinə razı olacaq.

Qeyd edək ki, Zeki 2022-ci il avqustun 5-də “Lill”dən “Roma”ya keçib. Onun İtaliya klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. “Bursaspor”un yetirməsi karyerası ərzində bu klubla yanaşı, “Bursa Nilüfer”, “İstanbulspor” komandalarında da oynayıb.

0