Tuxel milliyə rəhbərlik edə bilər
12.10.2024 - 11:54
Tuxel milliyə rəhbərlik edə bilər

Tomas Tuxel İngiltərə millisinə rəhbərlik edə bilər.

Apasport.az xəbər verir ki, mütəxəssis İngiltərə Futbol Assosiasiyasının nümayəndələri ilə danışıqlar aparır. 

“Bild”in məlumatına görə, İngiltərə Futbol Federasiyası alman məşqçi Tuxellə anlaşmaya çox yaxındır.

51 yaşlı çalışdırıcının son ünvanı “Bavariya” olub. Alman mütəxəssis daha əvvəl “Çelsi”, PSJ və Dortmund “Borussiya”sında işləyib.

Qeyd edək ki, Qaret Sautqeytin millidən ayrılmasından sonra İngiltərə yığmasına Li Karsli rəhbərlik edir.

0