Uruqvay millisinin üzvü “Çelsi” yolunda
10.08.2025 - 13:26
"Çelsi" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "Barselona"da çıxış edən Ronald Arauxodur.
Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Çelsi" uruqvaylı futbolçu üçün "Barselona"ya rəsmi təklif göndərməyə hazırlaşır.
İspaniya çempionu 26 yaşlı mərkəz müdafiəçisi üçün 60 milyon avro tələb edəcək.
Qeyd edək ki, Uruqvay millisinin üzvü ötən mövsüm Kataloniya təmsilçisinin heyətində 25 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
- Necip Uysal: “Ömrüm boyu mərc oyunları ilə əlaqəm olmayıb”
0
0