“Yunayted” bu dəfə siçanların "qurbanı oldu"
24.12.2024 - 16:19
“Yunayted” bu dəfə siçanların "qurbanı oldu"

Premyer Liqa komandalarından “Mançester Yunayted” daha bir problemlə üzləşib.

Apasport.az xəbər verir ki, klubun ev oyunlarını keçirdiyi “Old Trafford” stadionu siçanların “hücumuna” məruz qalıb.

Müfəttişlər yoxlama zamanı stadionun bir neçə nöqtəsində zərərvericilərlə rastlaşıblar.

1910-cu ildə inşa edilən “Old Trafford”un problemi bununla da bitmir. Bir müddət əvvəl “Bornmut”la görüşün (0:3) sonunda keçirilən mətbuat konfransı tavandan su axması nəticəsində yarıda qalmışdı.

Qeyd edək ki, Mançester təmsilçisi İngiltərənin ən varlı ailəsi olan Redkliflərə məxsusdur.

0