
"İdmançılarımızdan yüksək əyarlı və daha çox medal gözləyirik".
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat katibi Vüsal Qurbanov "Mingəçevir reqatası-2024” ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycan təmsilçilərinin təlim-məşq toplanışlarında iştirak etdiyini bildirib:
"Onlar fiziki və psixoloji cəhətdən turnirə tam hazırdırlar. Yarışın nüfuzu son illərdə artıb. Beynəlxalq yarışları adətən yeniyetmə və gənclər arasında keçiririk. Bu da onların inkişafları üçün önəmlidir. Reqatada güclü idmançılar çıxış edirlər. Rəqiblər də zəif deyil. Türkiyə, Gürcüstan, Moldova və başqa ölkələr mükafatlara iddialıdırlar".
- "Prezident Kuboku-2025” Füzuli, Mingəçevir və Suqovuşanda keçiriləcək
- Füzulidə “Prezident Kuboku-2025” çərçivəsində sakinlər üçün xüsusi tədbir keçiriləcək
- Avarçəkmə üzrə "Prezident Kuboku" 3-cü dəfə AKA-nın təqvim planında
- Avarçəkmə üzrə Azərbaycan birinciliyi başa çatıb
- Avarçəkmə üzrə ölkə birinciliyinə start verilib