Avarçəkənimiz dünya çempionatında iştirak edəcək
16.07.2024 - 11:18
Azərbaycanın avarçəkmə üzrə millisinin üzvü Paşa Əsgərov Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə və gənclər arasında keçiriləcək dünya çempionatında iştirak edəcək.
Apasport.az xəbər verir ki, iyulun 17-dən 21-ə qədər davam edəcək yarışda idmançılar kanoe, kayak, akademik avarçəkmə üzrə 200, 500 və 1000 metr məsafə üzrə güclərini sınayacaqlar.
Qeyd edək ki, beynəlxalq turnirdə 64 ölkədən 1000-ə yaxın idmançı iştirak edəcək.
- “Mingəçevir Reqatası-2026”nın püşkatması keçirilib
- Avarçəkənlərimiz beynəlxalq turnirdə 6 idmançı ilə mübarizə aparacaq
- Azərbaycanın kayak və kanoeçiləri Belarusda beynəlxalq turnirdə mübarizə aparacaqlar
- Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
- Avarçəkənimiz Avropa çempionatında çıxış edəcək
0
0