Avarçəkənlərimiz Avropa çempionatına yollanıb
28.06.2025 - 10:20

İyulun 3-6-da Rumıniyanın Piteşti şəhərində 23 yaşa qədər avarçəkənlər arasında kayak və kanoe üzrə Avropa çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycanı qitə çempionatında 6 idmançı təmsil edəcək.
Kanoe yarışlarında Tatyana Smilovenko çempionluq uğrunda mübarizə aparacaq. Komandanın perspektivli üzvlərindən olan Amil Ramazanov, Əlimurad Hacızadə, Ceyhun Vəlixanov, Niyaz Məlikov və Elvin Əliyev isə kayak növündə medal qazanmağa çalışacaq.
- Təmsilçilərimiz beynəlxalq reqatada iştirak edəcəklər
- AKAF 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edəcək
- Avarçəkənlərimiz "Bratislava Reqatası”nda daha bir qızıl medal qazanıb
- Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı
- Təmsilçilərimiz Polşaya yollanıb
0
0