Avarçəkənlərimiz Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24.04.2024 - 13:54

Azərbaycanın iki idmançısı Macarıstanın Seqed şəhərində keçiriləcək akademik avarçəkmə üzrə Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcək.
Apasport.az xəbər verir ki, Diana Dımçenko və Bəhmən Nəsiri yarışa qatılacaqlar.
Reqlamentə əsasən, həm kişilərin, həm də qadınların mübarizəsində “A” finalında ilk 3 yeri tutacaq avarçəkənlər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.
Yığmamızın digər üzvü Ziya Məmmədzadə isə yüngül çəkili idmançılar arasında Avropa çempionatında çıxış edəcək. Bu yarış da Seqed şəhərində baş tutacaq.
- Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək
- Gənc avarçəkənlərimiz Qazaxıstanda 14 medal qazanıb
- Təmsilçilərimiz beynəlxalq reqatada iştirak edəcəklər
- AKAF 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edəcək
- Avarçəkənlərimiz "Bratislava Reqatası”nda daha bir qızıl medal qazanıb
0
0