Avarçəkənlərimiz dünya çempionatında iştirak edəcəklər
13.09.2024 - 12:49

Bu gün İtaliyanın Genuya şəhərində çimərlik sprinti üzrə dünya çempionatına start veriləcək.
Apasport.az xəbər verir ki, turnirdə 2 idmançımız iştirak edəcək.
Diana Dımçenko və Murad Sadıxov medallar uğrunda yarışacaq.
Sentyabrın 15-ə qədər davam edəcək yarışda hər 2 avarçəkənimiz bir nəfərlik qayıqda çıxış edəcək.
Qeyd edək ki, avarçəkmənin çimərlik sprinti növü 2028-ci il Los-Anceles olimpiadasının təqvim planına daxil edilib.
- AKAF ilk dəfə konsept trenajorda avarçəkmə yarışı keçirəcək
- AKAF COP29 ilə əlaqədar genişmiqyaslı avarçəkmə yürüşü təşkil edib
- AKAF-dan ölkəmizdə keçiriləcək COP29-a növbəti dəstək
- "Mingəçevir reqatası-2024”ün bağlanış mərasimi keçirilib
- Təmsilçilərimiz "Mingəçevir reqatası-2024”də 24 medal qazanıblar
0
0