Avarçəkənlərimiz Dünya Kubokunda yarışacaq
09.06.2026 - 15:12
12–14 iyun tarixlərində Bolqarıstanın Plovdiv şəhərində akademik avarçəkmə üzrə Dünya Kubokunun ikinci mərhələsi keçiriləcək.
Apasport.az xəbər verir ki, Plovdivdə baş tutacaq yarışda ölkəmizi Azərbaycan Su İdman Növləri Federasiyasının iki idmançısı təmsil edəcək.
Ziya Məmmədzadə və Nurlan Paşayev Dünya Kubokunda medallar uğrunda mübarizə aparacaqlar. Hər iki avarçəkən turnirdə yüngül çəkidə yarışacaq.
- Azərbaycan "Prezident Kuboku 2026" beynəlxalq reqatasını 9 medalla başa vurub
- "Prezident Kuboku 2026" beynəlxalq reqatasının püşkatma mərasimi keçirilib
- Avarçəkənlərimiz “Paolo d’Aloja” turnirində iki medal qazanıb
- ASİNF "Prezident Kuboku 2026" öncəsi Ağdərə sakinləri ilə görüş keçirib
- Yığmamızın 3 üzvü İtaliyada
0
0