
Macarıstanın Seqed şəhərində kayak və kanoe üzrə “Olimpiya ümidləri” beynəlxalq reqatası keçirilib.
Apasport.az xəbər verir ki, 43 ölkədən yeniyetmə və gənc avarçəkənlərin mübarizə apardığı reqatada böyük məşqçilər Mirnazim Cavadov və Boqdan Kurudzun rəhbərliyi Amil Ramazanov, Əlimurad Hacızadə, Niyaz Məlikov və Elvin Əliyev kayak, Cavid Vəlizadə kanoe növündə iştirak edib.
İdmançılarımız medalçılar sırasına düşə bilməsə də əzmkar mübarizəsi ilə yadda qalıb. Xüsusən Əlimurad Hacızadənin ilk dəfə iştirak etdiyi turnirdə A finalına qədər yüksəlməsi təqdirəlayiq sayıla bilər.
Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası yeniyetmə və gənclərin avarçəkmə idman növündə inkişafına böyük diqqət ayırır. Federasiya təlim-məşq toplanışları və yerli turnirlərlə yanaşı idmançılarımızın beynəlxalq arenalarda çıxışlarına şərait yaradır. Macarıstanda keçirilmiş “Olimpiya ümidləri” turnirini bu mənada avarçəkənlərimiz üçün xüsusi təcrübədir.
- Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək
- Gənc avarçəkənlərimiz Qazaxıstanda 14 medal qazanıb
- Təmsilçilərimiz beynəlxalq reqatada iştirak edəcəklər
- AKAF 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edəcək
- Avarçəkənlərimiz "Bratislava Reqatası”nda daha bir qızıl medal qazanıb