
22 Avqust tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, Bakı bulvarında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının binasının qarşısında təşkil olunacaq turnirdə paytaxtla yanaşı Mingəçevirdən olan yeniyetmə və gənc idmançılar müxtəlif yaş kateqoriyalarında yarışacaq.
İdmançılar kayak və kanoe növlərində 200, 500 metr məsafədə bir və iki nəfərlik qayıqlarda, akademik növdə isə 500 metr məsafədə yalnız bir nəfərlik qayıqda mübarizə aparacaq.
Qeyd edək ki, Saat 11:00-dan etibarən start götürəcək Bakı çempionatı bir gün davam edəcək.
- Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək
- Gənc avarçəkənlərimiz Qazaxıstanda 14 medal qazanıb
- Təmsilçilərimiz beynəlxalq reqatada iştirak edəcəklər
- AKAF 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edəcək
- Avarçəkənlərimiz "Bratislava Reqatası”nda daha bir qızıl medal qazanıb