
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkil etdiyi avarçəkmə üzrə Azərbaycan birinciliyinə start verilib.
Apasport.az xəbər verir ki, yarışdan əvvəl rəsmi açılış mərasimi baş tutub.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan açılış mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının və yerli idman idarələrinin nümayəndələri iştirak ediblər. Qonaqların çıxışları zamanı qeyd olunub ki, ölkəmizdə avarçəkmə idmanı son illərdə yeni inkişaf dövrü yaşayır. Gənclər arasında sevilən bu idman növünə cəlb edilən yeniyetmə və gənclərin sayı hər il daha da artır. Bu da gələcəkdə peşəkar və güclü komandanın formalaşmasında mühüm rol oynayacaq.
Açılış mərasimindən sonra yarışlara start verilib. İlk yarış günündə idmançılar akademik, kayak və kanoe növlərində 500, 1000 və 1500 metr məsafədə 16 dəst medal uğrunda mübarizə aparıblar. Qaliblər diplom və medallarla mükafatlandırılıblar.
Qeyd edək ki, Azərbaycan birinciliyinə martın 17-də yekun vurulacaq.
- AKAF 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edəcək
- Avarçəkənlərimiz "Bratislava Reqatası”nda daha bir qızıl medal qazanıb
- Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı
- Təmsilçilərimiz Polşaya yollanıb
- Təmsilçilərimiz “Samsun Draqon Festivalı”nda çıxış edəcəklər