
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş avarçəkmə üzrə "Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci yarış günü başlayıb.
Apasport.az xəbər verir ki, Mingəçevirdə yerləşən "Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan yarışda komandalar 500-1500 metr məsafədə kayak, kanoe və akademik avarçəkmə növündə mübarizə aparacaqlar.
Reqatada Azərbaycanla yanaşı, Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Sloveniya, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan avarçəkənləri mübarizə aparırlar.
Ötən gün Suqovuşanda start götürən reqatada Azərbaycan avarçəkəni Amil Ramazanov (2006-2007) birnəfərlik kayak qayığı ilə 200 metr məsafəni 42 saniyəyə qət edərək üçüncü olub.
Qeyd edək ki, yarışa mayın 3-də yekun vurulacaq.
- "Prezident Kuboku-2025” Füzuli, Mingəçevir və Suqovuşanda keçiriləcək
- Füzulidə “Prezident Kuboku-2025” çərçivəsində sakinlər üçün xüsusi tədbir keçiriləcək
- Avarçəkmə üzrə "Prezident Kuboku" 3-cü dəfə AKA-nın təqvim planında
- Avarçəkmə üzrə Azərbaycan birinciliyi başa çatıb
- Avarçəkmə üzrə ölkə birinciliyinə start verilib