Azərbaycanlı cütlük “Prezident Kuboku 2024”-də bürünc medal qazandı
02.05.2024 - 18:20

Azərbaycan komandası Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medala sahib çıxıb.
Apasport.az xəbər verir ki, Qiyas Əhmədov - Vacib Babayev (2008-2009 təvəllüdlü) cütlüyü 3-cü yerə layiq görülüblər.
Onlar 500 metr məsafəyə kayak yarışında ən yaxşı 3-cü nəticəni göstəriblər.
Bu, Azərbaycan təmsilçilərinin 4-cü mükafatıdır. Milli üzvləri daha əvvəl qızıl, gümüş və bürünc medala yiyələniblər.
Qeyd edək ki, turnir mayın 3-də başa çatacaq.
- AKAF ilk dəfə konsept trenajorda avarçəkmə yarışı keçirəcək
- AKAF COP29 ilə əlaqədar genişmiqyaslı avarçəkmə yürüşü təşkil edib
- AKAF-dan ölkəmizdə keçiriləcək COP29-a növbəti dəstək
- "Mingəçevir reqatası-2024”ün bağlanış mərasimi keçirilib
- Təmsilçilərimiz "Mingəçevir reqatası-2024”də 24 medal qazanıblar
0
0