Beş azərbaycanlı yelkənçi Mərakeşdə keçiriləcək dünya çempionatına qatılacaq
10.06.2026 - 16:42
Beş azərbaycanlı yelkənçi Mərakeşdə keçiriləcək dünya çempionatına qatılacaq

Azərbaycanın gənc yelkənçiləri Mərakeşin Tanjer şəhərində optimist sinfi üzrə dünya çempionatında iştirak edəcəklər.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat verilib.

Yarışda Amira Bayramova, Furkan Mustafayev, Səma Mansurzadə, Kamal Bəşirli və Emel Məmmədli mübarizə aparacaqlar.

Xatırladaq ki, yarış iyunun 18-28-i aralığında baş tutacaq.