Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana Azərbaycana səfər ediblər.
Apasport.az xəbər verir ki, səfər çərçivəsində beynəlxalq kanoe təşkilatlarının rəhbərləri Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasında olublar.
Qonaqlara federasiyanın inzibati binasındakı iş şəraiti ilə bağlı məlumat verilib.
Daha sonra Tomas Konyetsko və Jan Zunqrana yerli federasiyanın nümayəndə heyəti ilə birgə bulvar ərazisində fəaliyyət göstərən Bakı Avarçəkmə və Kanoe İdman Klubuna baş çəkiblər. Bazadakı məşq şəraiti ilə tanış olan qonaqlar avarçəkənlərin Xəzər dənizindəki gündəlik məşqlərini izləyiblər.
- Avarçəkənlərimiz III MDB Oyunlarına dörd medalla başlayıb
- Avarçəkənlərimiz III MDB Oyunlarına iki medalla başlayıb - FOTO
- Rusiya Avarçəkmə Federasiyasının prezidenti: "MDB Oyunları gənc idmançılar üçün vacib bir startdır"
- Avarçəkmə üzrə Azərbaycan çempionatında ilk günə yekun vurulub
- Azərbaycanın yelkən idmançısı 20 yaşında vəfat edib