Gənclər və idman Naziri Fərid Qayıbov Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında jurnalistlərə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, belə yarışların idmançıların səviyyəsini artırdığını qeyd edib:
“Belə yarışlar idmançıların səviyyəsini artırır və bu, vacibdir. İştirakçı ölkələrin də sayı çoxdur. Belə olanda mübarizə də artır. Federasiyanı təşkilatçılığa görə təbrik edirəm. Yarış hər zaman olduğu kimi yüksək səviyyədə təşkil edilir. Artıq bizim avarçəkmə idman növündə olimpiadaya lisenziyamız da var. İnanıram ki, növbəti Olimpiya Oyunlarında lisenziyalarımızın sayı artacaq. Burada iştirak edən idmançıların sayının növbəti ildə daha da çox olacağına ümid edirəm. Nəinki Mingəçevirdə, həmçinin Bakıda bu idman növünün bir bölməsi açılıb. Planda digər region və şəhərlərimizdə də kanoe və avarçəkmə üzrə bölmələrin açılması nəzərdə tutulub”.
Nazir həmçinin Paris-2024 Yay Olimpiya Oyunlarına Azərbaycan millisinin hələlik 18 lisenziya qazanmasına da münasibət bildirib:
“Təbii ki, lisenziya sayı çox da ola bilərdi. Amma yenə də idmançılarımız mübarizə aparırlar. Bir neçə idman növündə proses gedir və bu bir ay ərzində tamamlanacaq. Fürsətdən istifadə edib, onlara uğurlar arzu edir. Düzdür, çətin olacaq. Yeni nəsi idmançılar gəlir və onların 2028-ci ildə keçiriləcək Olimpiya Oyunlarında iştirak edəcəyinə inanıram”.
“Prezident Kuboku 2024” beynəlxalq reqatası bu gün başa çatacaq.
- "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinə bu gün yekun vurulacaq
- Təmsilçilərimizdən növbəti medallar: 1 qızıl, 1 bürünc
- "Turnirin Füzulidə təşkil edilməsinin əhəmiyyəti böyükdür"
- Namibiya Milli Olimpiya Komitəsinin prezidenti: "Azərbaycandan öyrənəcəyimiz çoxlu şeylər var"
- "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi keçirilib