Füzulidə "Mingəçevir reqatası-2024” iştirakçılarının rəsmi paradı olub
17.10.2024 - 11:38
Akademik avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024” beynəlxalq turnirində iştirak edən komandaların rəsmi paradı olub.
Apasport.az xəbər verir ki, tədbir Füzulidə baş tutub.
Parada Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.
Qeyd edək ki, bu gün Füzulinin işğaldan azad olunmasından dörd il ötür. Yarış oktyabrın 18-də Mingəçevirdə yekunlaşacaq.
- Beş azərbaycanlı yelkənçi Mərakeşdə keçiriləcək dünya çempionatına qatılacaq
- Avarçəkənlərimiz Dünya Kubokunda yarışacaq
- Tatyana Smilovenko Avropa çempionatında mübarizə aparacaq
- Tatyana Smilovenko Avropa çempionatında Azərbaycanı təmsil edəcək
- Avarçəkənlərimiz Uralsk reqatasını medallarla başa vurublar
0
0