"Mingəçevir reqatası-2024” beynəlxalq turnirinə bu gün yekun vurulacaq
18.10.2024 - 09:16
Bu gün avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinə yekun vurulacaq.
Apasport.az xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində növbəti mükafatçılar müəyyənləşəcək.
Azərbaycan təmsilçiləri əvvəlki iki gündə 11 medala (3 qızıl, 3 gümüş, 5 bürünc) sahib çıxıblar.
Yarışa Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.
Qeyd edək ki, reqatanın yekununda bağlanış mərasimi baş tutacaq.
- Beş azərbaycanlı yelkənçi Mərakeşdə keçiriləcək dünya çempionatına qatılacaq
- Avarçəkənlərimiz Dünya Kubokunda yarışacaq
- Tatyana Smilovenko Avropa çempionatında mübarizə aparacaq
- Tatyana Smilovenko Avropa çempionatında Azərbaycanı təmsil edəcək
- Avarçəkənlərimiz Uralsk reqatasını medallarla başa vurublar
0
0