Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, 31 avqust – 2 sentyabr tarixlərində baş tutacaq ölkə çempionatı Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.
Yarışda Bakı və Mingəçevirdən 100-dən artıq idmançı akademik avarçəkmə, kayak və kanoe növlərində mübarizə aparacaq.
Avarçəkənlər akademik avarçəkmə və kayakda 1 və 2 nəfərlik, kanoedə isə 1 nəfərlik qayıqlarda yarışacaqlar. Azərbaycan çempionatında ilk dəfə kayak üzrə qarışıq cütlüklərin yarışı da keçiriləcək.
Qeyd edək ki, ölkə çempionatı sentyabr-oktyabr aylarında keçiriləcək ənənəvi “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə hazırlıq və seçim xarakteri daşıyır.
- Avarçəkənlərimiz beynəlxalq turnirdə 6 idmançı ilə mübarizə aparacaq
- Azərbaycanın kayak və kanoeçiləri Belarusda beynəlxalq turnirdə mübarizə aparacaqlar
- Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
- Avarçəkənimiz Avropa çempionatında çıxış edəcək
- Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib