“Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı keçiriləcək
24.04.2025 - 16:31

Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı aprelin 29-u Mingəçevir şəhəri Heydər Əliyev prospektində keçiriləcək.
Apasport.az xəbər verir ki, saat 14:00-dan etibarən başlayacaq paradda komandaların sıra ilə keçidi və təqdimatı baş tutacaq.
Rəsmi hissədən sonra müxtəlif rəqs və musiqi nömrələri təqdim ediləcək.
Qeyd edək ki, əraziyə giriş sərbəstdir.
- Füzulidə “Prezident Kuboku-2025” çərçivəsində sakinlər üçün xüsusi tədbir keçiriləcək
- Avarçəkmə üzrə "Prezident Kuboku" 3-cü dəfə AKA-nın təqvim planında
- Avarçəkmə üzrə Azərbaycan birinciliyi başa çatıb
- Avarçəkmə üzrə ölkə birinciliyinə start verilib
- Avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək
1
0