Təmsilçilərimiz Polşaya yollanıb
22.05.2025 - 20:28
Mayın 24-25-də Polşanın Kruşvisa şəhərində akademik avarçəkmə üzrə 19 yaşadək idmançılar arasında Avropa birinciliyi keçiriləcək.
Apasport.az xəbər verir ki, 27 ölkənin iştirak edəcəyi yarışda 4 idmançımız mübarizə aparacaq.
Heyəti Azər İlyasov, Tunar Məmmədzadə, Məhəmməd Əlizadə və Cahangir Məmmədlidən ibarət yığmamız 4 nəfərlik akademik avarçəkmə qayığında qitə birinciliyinə qatılacaq.
- Avarçəkənlərimiz Dünya Kubokunda yarışacaq
- Tatyana Smilovenko Avropa çempionatında mübarizə aparacaq
- Tatyana Smilovenko Avropa çempionatında Azərbaycanı təmsil edəcək
- Avarçəkənlərimiz Uralsk reqatasını medallarla başa vurublar
- Azərbaycan yelkənçiləri Türkiyədə "Lorima Cup" beynəlxalq reqatasında iştirak ediblər
0
0