Təmsilçimiz Avropa çempionatında qızıl medal qazanıb
12.06.2026 - 14:50
Azərbaycan kanoeçisi Boqdan Kurudz Portuqaliyanın Montemor-u-Velyu şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Su İdman Növləri Federasiyasının mətbuat xidməti açıqlayıb.
O, Masters kateqoriyasında (35–39 yaş) birinci yeri tutub.
500 metr məsafəyə birnəfərlik kanoe qayığında mübarizə aparan Kurudz bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu olub.
Qeyd edək ki, Boqdan Kurudz iyunun 13-də birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışacaq.
- Avarçəkənlərimiz Uralsk reqatasını medallarla başa vurublar
- Azərbaycan yelkənçiləri Türkiyədə "Lorima Cup" beynəlxalq reqatasında iştirak ediblər
- Azərbaycan "Prezident Kuboku 2026" beynəlxalq reqatasını 9 medalla başa vurub
- "Prezident Kuboku 2026" beynəlxalq reqatasının püşkatma mərasimi keçirilib
- Avarçəkənlərimiz “Paolo d’Aloja” turnirində iki medal qazanıb
0
0