
"Turnirin Füzulidə təşkil edilməsinin əhəmiyyəti böyükdür".
Apasport.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Füzulidə "Mingəçevir reqatası-2024”ün açılış mərasimində deyib.
Turnir barədə danışan qurum rəsmisi dörd il əvvəl bu gün şəhərin işğaldan azad olunduğunu xatırladıb:
"Əcnəbi qonaqların turniri izləməsi də xüsusi önəmə malikdir. "Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatının qonaqları da reqatanı izləmək üçün bu gün Füzuli şəhərinə təşrif buyurublar. Son illərdə ölkəmizdə avarçəkmə idman növü yüksək səviyyədə inkişaf edir. Daha əvvəl Suqovuşanda "Prezident Kuboku" turniri təşkil edilmişdi. Bu cür yarışlar Azərbaycanda idmançıların yetişməsinə təkan verəcək".
Qeyd edək ki, "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinə oktyabrın 18-də yekun vurulacaq.
- "Prezident Kuboku-2025” Füzuli, Mingəçevir və Suqovuşanda keçiriləcək
- Füzulidə “Prezident Kuboku-2025” çərçivəsində sakinlər üçün xüsusi tədbir keçiriləcək
- Avarçəkmə üzrə "Prezident Kuboku" 3-cü dəfə AKA-nın təqvim planında
- Avarçəkmə üzrə Azərbaycan birinciliyi başa çatıb
- Avarçəkmə üzrə ölkə birinciliyinə start verilib