Azərbaycan Karate Federasiyasının Fullkontakt/Şinkyokuşin üslubu üzrə milli yığma komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında iştirak edib.
Apasport.az xəbər verir ki, yarışda 24 idmançımız (13 böyüklər və 11 gənclər), 5 hakim və 6 məşqçi ilə təmsil olunub.
Yarışın nəticələrinə əsasən, böyüklər arasında Əliqismət Həsənov (-70 kq) gümüş medal qazanıb. Səlahət Həsənov (-80 kq) və Solmaz Zeynallı (-59 kq) isə bürünc medala sahib olublar.
Gənclər arasında Zamin Fərəcov (-75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Avropa çempionu olub. Elmir Cəbrayılov (-75 kq) və Nihat İmanov isə (-65 kq) gümüş medal qazanıb.
Beləliklə, komandamız yarışı ümumilikdə 6 medalla başa vurub.
- Azərbaycan parakarateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
- Karateçimiz Avropa çempionatının finalında
- Mirəli Seyidovun xatirəsinə həsr olunmuş karate turniri başa çatıb
- “Lions King”dən üç medal: 2 qızıl, 1 bürünc - FOTO
- Mirəli Seyidovun xatirəsinə həsr olunmuş karate turnirinin açılış mərasimi keçirilib