
Noyabr 16-17-də Türkiyənin Çanaqqala şəhərində 15 ölkədən 1100-ə yaxın idmançının iştirakı ilə karate üzrə beynəlxalq turnir keçirilib.
Apasport.az xəbər verir ki, yarışda Azərbaycan karateçiləri də mübarizə aparıblar.
Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bir idmançımız fəxri kürsüdə yer alıb. Təmsilçilərimizdən Nəsimi Musayev (68 kq) gənclər arasında (16-17 yaş) yalnız finalda məğlub olaraq gümüş medala sahib olub. Qəhrəman Rzaquliyev (35 kq) isə uşaqlar arasında (10-11 yaş) 5-ci yeri tutub.
Qeyd edək ki, karateçilərimiz yarışda əməkdar məşqçi Seymur Xudaverdiyevin rəhbərliyi ilə yollanıblar.
- Karateçilərimiz Qran-Pri turnirində medal sıralamasında birinci yeri tutub
- Azərbaycan Karate Federasiyası və AHİTA arasında görüş keçirilib
- Azərbaycan Karate Federasiyası WKF-yə rəsmi üzv qəbul edilib
- Azərbaycan millisində yeni təyinat
- Yığmamızın baş məşqçisinə Avropa çempionatının xatirə medalı təqdim olunub