Milli Paralimpiya Komitəsi ilə Azərbaycan Karate Federasiyası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Apasport.az xəbər verir ki, Milli Paralimpiya Komitəsində keçirilən tədbirdə Memorandumu komitənin baş katibi Toğrul Rəhimov və Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadov imzalayıblar.
Memorandum parakarate idman növündə əlilliyi olan şəxslərin idman fəaliyyətinin dəstəklənməsi, bacarıqlarının artırılması və onların müvafiq istiqamətdəki digər ehtiyaclarının müəyyən edilərək dəstəklənməsi üçün birgə addımların atılması, parakaratenin təbliği istiqamətində münasibətlərini əhatə edir.
Görüşdə Milli Paralimpiya Komitəsinin İdman şöbəsinin müdiri Cavad Axundzadə və Azərbaycan Karate Federasiyasının Parakarate Komitəsinin sədri Rənad Əliyev də iştirak edib.
- Karate1 Premyer Liqa: İrina Zaretskadan qızıl medal
- Azərbaycanın kyokuşin karate yığması Avropa çempionatında mübarizə aparacaq
- Azərbaycanın şito-ryu karate yığması Avropa çempionatında 8 medal qazanıb
- Parakarate Komitəsinin sədri WSF-nin vitse-prezidenti seçildi
- Karateçilərimiz Frankfurtdan Vətənə dönüblər