1372 əmsallıq UDUŞ
08.12.2022 - 16:49
1372 əmsallıq UDUŞ

Bukmeker kontorlarında daha bir böyük uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, keniyalı proqnozsevər üç matça mərc edib.

O, hər üç oyunda 5,5 Üst proqnozlaşdırıb. Bu kupona 100 Keniya şillinqi (1,38 manat) qoyan better 1372,75 əmsal toplayıb.

Görüşlərin hamısı məhsuldar alınıb. “Qalatasaray” yoxlama oyununda “Vilyarreal”a 3:4 hesabı ilə uduzub. 

DÇ-2022-nin 1/8 finalında İsveçrəni sınağa çəkən Portuqaliya 6:1 hesablı darmadağına sevinib. “Maribor” isə Sloveniyada “Radomye”nin 7 cavabsız qolla qonaq edib.

Proqnozları düz çıxan keniyalı vergilər çıxıldıqdan sonra 127 min 693,21 şillinq (1767,02 manat) qazanca sahib çıxıb.
 

0