5 manata 4770,86 əmsallıq UDUŞ
13.01.2023 - 14:21
5 manata 4770,86 əmsallıq UDUŞ

Bukmeker kontorlarında daha bir böyük əmsallı uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, bu dəfə yakutiyalı proqnozsevər yaxşı qazanc əldə edib.

4770,86 əmsallıq kuponda 8 oyun yer alıb. Futbol və hokkey görüşlərinə mərc edən better Fransa Liqa2-nin beş qarşılaşmasını variantına daxil edib. Maraqlıdır ki, o, bu liqada yalnız heç-heçə proqnozlaşdırıb.

O, bu kupona 200 rubl (5 manat) qoyub. Proqnozsevərin uduşu 954 min 172 rubla (23 min 854,30 manat) bərabər olub.

0