A Seriyası: Hoylundun qolu “Napoli”yə 3 xal qazandırdı
07.02.2026 - 23:43
İtaliya A Seriyasında XXIV turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında “Cenoa” öz meydanında “Napoli”ni qəbul edib.
Gərgin keçən qarşılaşmada azarkeşlər 5 qola şahidlik ediblər. Neapol təmsilçisi rəqibini Rasmus Hoylundun 90+5-ci dəqiqədə vurduğu penalti qolu sayəsində 3:2 hesabı ilə məğlub edib.
0
0