A Seriyası: “Roma” və “Milan” məğlub oldu
16.03.2026 - 01:40
A Seriyası: “Roma” və “Milan” məğlub oldu

İtaliya A Seriyasında XXIX turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, "Roma" səfərdə "Komo" ilə üz-üzə gəlib.

3 qolun vurulduğu matçda qalib ev sahibləri olub. Qonaqlar rəqibinə 1:2 hesabı ilə uduzub.

Turun mərkəzi görüşündə isə "Latsio" azarkeşləri önündə "Milan"la qarşılaşıb. Oyunun taleyini 1 qol həll edib. Qustav İsaksenin 26-cı dəqiqədə vurduğu qolla ev sahibləri rəqibini minimal hesabla məğlub etməyi bacarıb - 1:0.