Almaniya nəhəngi əsas futbolçusunu 75 milyona sata bilər
13.12.2023 - 23:00
Almaniya nəhəngi əsas futbolçusunu 75 milyona sata bilər

"Bavariya"nın liderlərindən birinin klubu tərk etmək ehtimalı var.

Apasport.az "Bild"ə istinadən xəbər verir ki, Yoşua Kimmix Münhen təmsilçisi ilə 2025-ci ilin iyununda başa çatacaq müqaviləsini yeniləmək niyyətində deyil və bu üzdən o, transferə çıxarıla bilər. Bu baş verərsə, futbolçu yayda 75 milyon avroya satışa çıxarılacaq.

Kimmixlə "Arsenal", "Mançester Siti", "Çelsi" və "Barselona" maraqlanır. 

Qeyd edək ki, almaniyalı futbolçu bu mövsüm 20 oyuna çıxıb, 1 qol vurub, 6 qolun ötürməsini verib.

0