“Azərbaycan stolüstü tennisinin uğurları təsadüfi deyil”
09.10.2026 - 16:05
“Azərbaycan stolüstü tennisinin uğurları təsadüfi deyil”

Beynəlxalq Stolüstü Tennis Federasiyasının (BSTF) nümayəndəsi Yevgeni Timçenko Azərbaycanda keçirilən seminar barədə fikirlərini bölüşüb.

Apasport.az xəbər verir ki, qazaxıstanlı mütəxəssis seminarın yüksək səviyyədə təşkil olunduğunu və yaradılan şəraitdən razı qaldığını bildirib.

“Azərbaycana gəlişimdən məmnunam. Seminar yüksək səviyyədə təşkil olunub. Bunun üçün Azərbaycan Stolüstü Tennis Federasiyasına təşəkkürümü bildirirəm.

Təlimlərin uğurlu keçməsi üçün bütün lazımi şərait yaradılıb. Heç bir problemlə üzləşmədik. Sevindirici məqamlardan biri də məşqçilərin peşəkarlığı oldu. Onlar həqiqətən də yüksək səviyyəli mütəxəssislərdir. Onlarla çalışmaq olduqca maraqlı və zövqvericidir.

Bir daha əmin oldum ki, son illərdə Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil. Bu gedişlə idmançılarınızın daha böyük nailiyyətlər qazanacağına inanıram”, – deyə o, Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.

Qeyd edək ki, oktyabrın 1-də başlayan seminar sabah başa çatacaq.